Rusiya heç vaxt Kiyevi tuta bilməyəcək.
AzerTimes xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken Fransa mətbuatna müsahibəsində deyib.
“Belə bir ehtimal 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının əvvəlində mövcud idi. Ancaq Ukrayna xalqının inanılmaz müqaviməti, eləcə də Ukraynaya göstərilən dəstək sayəsində Putinin bütün ölkəni işğal etmək, xəritədən silmək, Rusiyanın bir hissəsi etmək istəyi baş tutmadı və tutmayacaq da”, – Blinken bildirib.