Ukrayna xalqı Prezident Vladimir Zelenskinin vecinə deyil.
AzerTimes xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Mən onu yaxşı tanıyırdım, o, axmaq insan deyil. Görünür, ambisiyaları önə keçib”, – Lukaşenko bildirib.
Onun sözlərinə görə, müharibənin başa çatması, Qərbdən yox, birbaşa Zelenskidən asılıdır:
“Bu yaxınlarda Qərb nümayəndələri ilə görüşəndə anladım ki, onlar sülh istəyirlər, amma Zelenskiyə təzyiq edə bilmirlər”.