ABŞ göndərilən silahlardan Ukrayna sərhədləri xaricində istifadə etməyi təşviq etmir, hədəf seçimini Kiyevin öhdəsinə buraxır.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken deyib.
“Ukraynalıların bu sistemlərdən (silahlardan) necə istifadə edə biləcəyinə gəldikdə, hədəf seçimi onlarındır. Biz silah sistemlərimizin Ukraynadan kənarda istifadəsini təşviq etmirik və ya asanlaşdırmırıq, lakin yenə də bu, əsas etibarı ilə ukraynalıların qərarından asılıdır”, – deyə dövlət katibi bildirib.