Belarus Ukrayna vətəndaşlarını sərhəddəki keçid məntəqələri vasitəsilə qəbul etməyə hazırdır, lakin Ukrayna tərəfi bunu qəbul etmir.
AzerTimes xəbər verir ki, bunu Belarus Dövlət Sərhəd Komitəsinin sədri, general-leytenant Anatoli Lappo deyib.
“Biz nəzarət-buraxılış məntəqələrində stasionar rejimdə xidmət göstəririk. Biz insanları qəbul etməyə hazırıq və onları qəbul edirdik. Lakin Ukrayna tərəfi bunu istəmir. Biz heç kimə qarışmırıq – biz xoş xasiyyətli insanlarıq, qonaqları həmişə məmnuniyyətlə qarşılayırıq”, – Lappo bildirib.
Lapponun sözlərinə görə, Ukrayna Belarusla sərhədə yaxınlaşan yerləri minalayıb və bir neçə körpünü partladıb.