Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və Rusiyanın xarici
işlər naziri Sergey Lavrov Türkiyədə görüşəcəklər.
AzerTimes xəbər verir ki, bunu
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ukraynadıkı
vəziyyətlə bağlı keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, hər iki nazir Antalya Diplomatiya Forumunda
iştiraklarını təsdiq edib. Görüş martın 10-da Antalyada Türkiyənin
iştirakı ilə üçtərəfli formatda baş tutacaq.