Türkiyə, Ukrayna və Rusiya müdafiə nazirlərinin müavinlərinin mayın 5-də İstanbulda bir araya gəlməsi planlaşdırılır.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə naziri Hulusi Akar deyib.
“Görüş zamanı bəzi məsələlər, xüsusilə də taxıl müqaviləsi müzakirə olunacaq. Bu saziş həm regional sülh və sabitlik, həm də ehtiyacı olan ölkələr üçün çox vacibdir. Bu kontekstdə deyə bilərik ki, tərəflər müddəti uzatmağa hazırdır. Arzumuz bu təşəbbüsü problemsiz genişləndirməkdir”, – nazir bildirib.