Ukrayna və Rusiya növbəti dəfə əsirləri dəyişdi

Ukrayna və Rusiya növbəti dəfə əsirləri dəyişdi

Ukrayna və Rusiya arasında hərbi əsirlərin mübadiləsi baş tutub.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Tvitterdə yazıb.

“Daha bir əsir mübadiləsi aparıldı. 52 nəfər – zabitlərimizi, həkimlərimizi, çavuşlarımızı, əsgərlərimizi azad etdik”, – A.Yermak vurğulayıb.

Onun sözlərinə görə, azad olunanlar arasında Ukrayna Milli Qvardiyasının, “Azov” batalyonunun və Hərbi Dəniz Qüvvələrinin hərbçiləri var.

Yermakın sözlərin görə, iki mülki şəxs də azad olunub.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi də hərbi əsirlərin mübadiləsini təsdiqləyib. Rusiyaya Ukraynada saxlanılan 50 hərbçi qaytarılıb.

Teqlər: