Ukrayna və Rusiya liderlərinin görüşünə ehtiyac yaranıb – Araxamiya

Fikrimcə, Ukrayna və Rusiya liderlərinin görüşünə ehtiyac
yaranıb.

Trend “Ukrinform”a istinadla xəbər verir ki, bunu Ukrayna-Rusiya
danışıqlarında Ukrayna nümayəndə heyətinin rəhbəri David Araxamiya
bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında onlayn rejimdə danışıqlar
aprelin 1-də davam etdiriləcək.

“Biz Türkiyədəki danışıqlarda da bildirdik ki, indi iki dövlət
liderlərinin görüşünə ehtiyac var. Rusiya nümayəndə heyəti cavab
verdi ki, əvvəlcə daha razılaşdırılmış müqavilə layihəsi
lazımdır.

Tərəflər arasında ən yüksək səviyyədə görüşün keçirilməsi üçün
danışıqlar prosesinin iştirakçıları əllərindən gələni
edəcəklər.

Həftə ərzində biz danışıqlar prosesinin iştirakçılarından asılı
olan amilləri işləyəcəyik. Ümid edək ki, ölkələrin prezidentləri
görüşləri davam etdirəcəklər”, – D.Araxamiya qeyd edib.

O əlavə edib ki, Ukrayna tərəfi bu görüşün Rusiya və Belarus
ərazisində baş tutmamasını israr edəcək.

Teqlər: