Kursk vilayətində hər iki tərəfdən əsir götürülən hərbçilərin dəyişdirilməsi ilə bağlı Rusiya ilə Ukrayna arasında danışıqlar başlayıb.
AzerTimes xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.
Qeyd edək ki, ukraynalı ombudsman Dmitri Lubinets əsirlərin mübadiləsi ilə bağlı razılığa gəlindiyini açıqlamışdı. Lubinets təşəbbüsü Rusiya tərəfinin irəli sürdüyünü bildirmişdi.