Ukrayna və Rusiya arasında razılaşma əldə oluna bilərmi? (VİDEO)

Ukrayna prezidenti Volodimir Zelenski NATO-ya üzv olmaq
niyyətində olmadığını deyirsə, bu zaman Ali Radada bu məsələyə
baxılmalı və müavfiq qərar qəbul edilməlidir. Lakin hələlik belə
bir qərarın qəbul ediləcəyini düşünmürəm.


Trend
-in məlumatına görə, bunu Milli.az xəbər portalının baş
redaktoru, araşdırmaçı jurnalist Elçin Alıoğlu “Arb24” telekanalına
müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ukrayna parlamenti ölkənin NATO-ya üzv
olmadığını təsdiqləsə, belə vəziyyət dəyişməyəcək. Bununla heç bir
problem həll olunmur.

“Ukraynın NATO-ya üzvlüyü bəzi ukraynlı siyasətçilərin özünü
aldatmasından ibarətdir. Çünki NATO-nun nizamnəməsinə uyğun olaraq
ərazisində ərazi, etnik və ya hər hansı bir formada silahlı
münaqişə olan bir ölkə Şimalİ Atlantika Alyansına qəbul edilmir” –
deyə o, əlavə edib.

Teqlər: