Ukrayna və Moldovadan öncə AB üzvü olacağıq – Kobaxidze

Ukrayna və Moldovadan öncə AB üzvü olacağıq – Kobaxidze

Zəmanətlə deyə bilərəm ki, biz Ukrayna və Moldovadan öncə Avropa Birliyinə daxil olacağıq.

AzerTimes xəbər verir ki, bunu Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze deyib.

“Hər dəfə biz AB-dən konkret proseslərin başlanğıcını Ukrayna və Moldovadan gec alırdıq. Məsələn, bizdə assosiasiya sazişinin imzalanması ilə bağlı danışıqlar sonradan başlayıb, viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlar sonradan başlayıb, lakin hər üç halda biz Ukrayna və Moldovanı qabaqlamışıq. Niyə? Siyasi qərarlar bir şeydir, amma sonda hamı görür ki, Gürcüstan həm Ukraynadan, həm də Moldovadan xeyli irəlidədir, xüsusən də Ukraynada baş verən və iqtisadi nöqteyi-nəzərdən də böyük ölçüdə yayılan mürəkkəb proseslərdən sonra. Biz bütün aspektlərdə çox irəlidəyik: demokratiya, insan haqları, iqtisadiyyat. Biz bütün sahələrdə xeyli irəlidəyik, Ukrayna və Moldovanı on dəfə qabaqlayırıq”, – İ.Kobaxidze qeyd edib.

Teqlər: