Ukrayna və Moldova üçün şərtlər olacaq, Gürcüstan üçün isə…

Ukrayna və Moldova üçün şərtlər olacaq, Gürcüstan üçün isə…

Avropa Komissiyası çox güman ki, müəyyən şərtlərlə Ukrayna və Moldovaya Avropa Birliyi üzvlüyünə namizəd statusunun verilməsini tövsiyə edəcək.

AzerTimes xəbər verir ki, bu barədə jurnalist Rikard Jozviak məlumat verib.

“Bu gün Avropa Komissiyası Ukrayna, Moldova və Gürcüstanın üzvlük ərizələri ilə bağlı oriyentasiya müzakirəsi keçirib. Deyəsən, Ukrayna və Moldova üçün müəyyən şərtlərlə namizəd statusu olacaq, lakin Gürcüstanla bağlı suallar hələ də qalmaqdadır. Qərar cümə günü veriləcək və üzv ölkələr gələn həftə yekun qərarı verəcəklər”, – jurnalist qeyd edib.

Teqlər: