Ukrayna və Latviya dövlətləri arasında ikitərəfli təhlükəsizlik sazişi imzalanıb.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram kanalında bildirib.
Litvada səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski latviyalı həmkarı Edqars Rinkeviçslə birlikdə ikitərəfli təhlükəsizlik sazişi imzalayıb.
Müqaviləyə əsasən Latviya Ukraynaya hər il ÜDM-in 0,25%-i həcmində hərbi yardım göstərəcək. Latviya kibermüdafiə, minalardan təmizləmə və dron texnologiyaları sahəsində Ukraynaya dəstək vermək üçün 10 illik öhdəlik götürür. Bu sənəd, həm də Ukraynanın Avropa İttifaqına (Aİ) və NATO-ya daxil olmağa töhfə verəcək.
“Dost Latviyaya təşəkkür edirəm! Bizim azadlıq və müstəqillik uğrunda mübarizəmizə məhz bu, konkretlik lazımdır”, – deyə Zelenski vurğulayıb.