Ukrayna və AB energetika sektorunda iş planı imzaladı

Ukrayna və AB energetika sektorunda iş planı imzaladı

Ukrayna və Avropa Birliyi (AB) 2023-cü il üçün energetika sektorunda iş planı imzalayıblar.

AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyi məlumat yayıb.

“Sənəd Ukrayna və Avropa Komissiyası arasında birgə iş üçün bir sıra istiqamətləri müəyyən edir. Bunlar enerji səmərəliliyinin gücləndirilməsi, nüvə təhlükəsizliyi, kömür regionlarının transformasiyası, neft ehtiyatları, qaz bazarının və elektrik enerjisi bazarının inteqrasiyası, bərpa olunan enerjinin inkişafı, elm və innovasiyadır”, – nazirlikdən qeyd olunub.

Teqlər: