Rusiya qoşunları Donetsk vilayətinin Soledar şəhərinə doğru güclü hücuma keçib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.
O bildirib ki, qarşı tərəf əraziyə əlavə qüvvələr cəlb edərək taktikanı dəyişib.
A.Malyarın sözlərinə görə, hücum qrupunun əksəriyyəti “Vaqner” döyüşçülərindən təşkil olunub.