Ukrayna uğrunda döyüşmək istəyirəm – Saakaşvili

Ukrayna uğrunda döyüşmək istəyirəm – Saakaşvili

Ukraynanın suverenliyini müdafiə etməyə hazıram.

AzerTimes xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili həbsxanadan yazdığı məktubunda qeyd edib.

“Mən məhbusam, Gürcüstanda həbsdəyəm, amma ürəyim Ukraynadadır. Səhhətim pisdir, amma istərdim ukraynalı həmyerlilərim bilsinlər ki, məni əsgərlərimizin qəhrəmanlığını, xalqın birliyini, Prezident Zelenskinin rəhbərliyini, bütün Ukraynanı mənəvi və fiziki cəhətdən dəstəkləyirəm. Qələbəyə sonsuz inamım var”, – Saakaşvili yazıb.

Teqlər: