Ukrayna uduzur, halbuki başqa cür ola bilərdi – Tramp

Ukrayna uduzur, halbuki başqa cür ola bilərdi – Tramp

Ukrayna Rusiya ilə konflikti uduzur, halbuki bu konfliktdən qaça bilərdi.

AzerTimes xəbər verir ki, bu sözləri ABŞ-ın sabiq prezidenti Donald Tramp “NBC Nyus”a müsahibəsində deyib.

O bildirib ki, xəbər saytları artıq müharibədən yazmır, bu isə o deməkdir ki, Ukrayna uduzur:

“Kiyev ərazisinin bir hissəsini itirməklə bu münaqişədən qaça bilərdi. Söhbət Rusiyaya ilhaq edilən Krım və bir neçə digər regiondan gedir. Bu halda heç kim ölməyəcəkdi”.

Qeyd edək ki, Trampın 24 saat ərzində Ukraynadakı müharibəni bitirə biləcəyi haqda açıqlamasını Rusiya lideri dəstəkləyib.

Teqlər: