Ukrayna uduzsa, ABŞ üçün dəhşətli olacaq – “Blumberq”

Ukrayna uduzsa, ABŞ üçün dəhşətli olacaq – “Blumberq”

ABŞ öz rəqiblərinə Ukraynanı, İsraili və ya Tayvanı ələ keçirməyə icazə verərsə, bunun amerikalılar üçün dəhşətli nəticələri olacaq.

AzerTimes xəbər verir ki, bunu “Blumberq”in köşə yazarı Nayl Ferqüson yazıb.

“Dəhşətli nəticələr dedikdə, 11 sentyabr hadisəsindən daha pis bir şeyi nəzərdə tuturam. Ukraynalılar üçün bu gün məğlubiyyətin nə demək olduğunu təsəvvür etmək çətin deyil. Onlar 2022-ci ilin sentyabrında kütləvi qətllərdən sonra Buça küçələrində səpələnmiş cəsədləri gördülər. Onlar bilirlər ki, Putinin müstəmləkə ordusu hansı dəhşətlərə qadirdir. Eyni şəkildə, əksər israillilər çox yaxşı başa düşürlər ki, HƏMAS və onun tərəfdarlarının qələbəsi ikinci Holokostun başlanğıcı olacaqdır. Onlar ötən il oktyabrın 7-də törədilmiş dəhşətli vəhşiliyi heç vaxt unutmayacaqlar”, – o bildirib.

Teqlər: