Qərb ölkələri Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təmin etmək üçün koalisiya yaradır.
AzerTimes xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda deyib.
“Ukrayna üçün hava hücumundan müdafiə sistemi koalisiyası yaradılır. Onun konturları hələ tam müəyyən edilməyib, lakin biz bu yolla getməliyik ki, Ukrayna havadan gələn hücumlardan qorunsun”, – o bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Litva Ukraynada minalardan təmizləmə üçün beynəlxalq koalisiya strukturunun yaradılması təşəbbüsü ilə çıxış edib. Sözügedən koalisiyaya 20 ölkə daxil olub.