Qərbin Ukrayna üçün gələcək istənilən təhlükəsizlik zəmanətləri NATO-nun Avropadan olan üzvlərinin statusundan fərqli olmalıdır.
AzerTimes xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts deyib.
“Hazırki vəziyyəti nəzərə alaraq, üzvlükdən söhbət getmir. Biz hamımız bir vətəndaş olaraq Ukraynanı necə dəstəkləyə biləcəyimizə diqqət yetirməliyik”, – deyə o bildirib.