Almaniyanın Kiyevə vermək üçün “Patriot” sistemlərinin ehtiyatları tükənib.
AzerTimes xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Annalena Berbok deyib.
“Təəssüf ki, “Patriot” sistemlərimizin ehtiyatı demək olar ki, tükənib. Ona görə də NATO xarici işlər nazirlərinin görüşündə mən bir daha açıq şəkildə bildirdim ki, Avropada və dünyada bütün “Patriot” sistemlərinin mövcudluğunu yoxlamaq lazımdır. Ukraynanın bu sistemləri əldə etməsi üçün hər şeyi edəcəyik”, – Berbok bildirib.