Qərbdən yardımın kəsilməsi martın əvvəlində Ukrayna hava hücumundan müdafiə sistemləri üçün sursat çatışmazlığına səbəb olacaq.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
“Məhz buna görə də Rusiya son zamanlar hava hücumlarını artırıb. Əgər Ukraynada zenit-raket kompleksləri çatışmazlığı yaransa, bu, ruslara Ukrayna qoşunlarını və ya hətta cəbhəyanı şəhərləri daha aqressiv şəkildə bombalamağa imkan verəcək”, – məlumatda qeyd olunub.