Ukrayna üçün “kritik silahlar” öncədən hazırlanıb – Pentaqon

Ukrayna üçün “kritik silahlar” öncədən hazırlanıb – Pentaqon

ABŞ öncədən Ukrayna üçün bəzi silahları hazırlayıb.

AzerTimes xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib.

“Əlavə maliyyənin ayrılacağını gözləyərək, biz bir qədər irəli getdik, bəzi kritik şeylər hazırladıq”, – Ostin bildirib.

Ostinin sözlərinə görə, söhbət hava hücumundan müdafiə sistemləri, artilleriya üçün sursat və HİMARS reaktiv yaylım atəşi qurğusundan gedir.

Eyni zamanda Pentaqon rəhbəri qeyd edib ki, Ukraynada ABŞ silahlarının paylanması və yekun çatdırılmasında Kiyevin özü iştirak edir, lakin bu, ən təcili olaraq Xarkov istiqamətində lazımdır.

Teqlər: