Rusiya ölkənizə qarşı hücumlarını gücləndirdikcə, biz də hərbi dəstəyimizi ikiqat artırırıq.
AzerTimes xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen Kiyevdə keçirdiyi mətbuat konfransında bildirib.
O vurğulayıb ki, Avropa Birliyi artıq hərbi dəstək üçün 28 milyard avro ayırıb: “Biz Ukraynaya Yardım Fondunun yaradılması üzərində işləyirik”.
Eyni zamanda, o bildirib ki, Avropa müdafiə sənayesi potensialını və mərmi istehsalını 40% artırır:
“Biz artıq yarım milyondan çox mərmi təhvil vermişik və ilin sonuna qədər bu rəqəm 1 milyondan çox olacaq”.