İtaliyanın Ukrayna üçün F-16 qırıcı təyyarələri yoxdur.
AzerTimes xəbər verir ki, bunu İtaliyanın Baş naziri Corca Meloni bildirib.
“Bizim F-16-larımız yoxdur, ona görə də bu layihədə iştirak edə bilmərik. Lakin söhbət ukraynalı pilotların mümkün hazırlığından gedir. Biz hələ bu qərarı verməmişik və müttəfiqlərlə müzakirə aparırıq”, – C.Meloni qeyd edib.