Hazırda Ukraynanın 2023-cü ilin sonuna qədər 1991-ci ilin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə çatmaq üçün hər şansı var.
AzerTimes xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov bildirib.
“100% əminliklə deyə bilmədiyimiz yeganə şey əks-hücumun necə keçəcəyidir. Hamımız ümid edirik və böyük şanslar var. Bunun uğurlu olacağı və cari ilin sonuna qədər 1991-ci ilin sərhədlərinə çata biləcəyimiz tamamilə realdır”, – Jdanov deyib.
Ekspertin fikrincə, bu, Ukrayna üçün ideal variantdır, lakin daha ikisi də var:
– Müharibənin 2024-cü ilə keçidi, Ukrayna Silahlı Qüvvələrinin ikinci əks-hücumuna hazırlıq;
– Çinin vasitəçi kimi müdaxiləsi və ərazilər müqabilində Ukraynanı sülhə məcbur etmək.
“Bizim üçün ən pis variant sülh təşəbbüsünü irəli sürən Çindir. Çox əminəm ki, Çin danışıqlar prosesində israr edəcək. Danışıqlar prosesi dərhal atəşkəs demək olacaq. Biz Çinlə Minsk-3-ə girə bilərik. Onun necə adlandırılacağının fərqi yoxdur, amma Minsk-2 kimi bir şey olacaq.
Yəni, əks-hücum başa çatdıqdan dərhal sonra, dayandığımız yerdə Çin bizi danışıqlar masasına oturmağa məcbur edəcək. Burada Çinin vasitəçiliyi təhlükəlidir. Bu halda o, çox böyük üstünlüklər əldə edir və biz özümüzü Rusiyanın yenidən toparlanaraq döyüş qabiliyyətini bərpa edəcəyi müəyyən dövrdə baş verə biləcək başqa bir müharibənin astanasında görürük”, – Jdanov qeyd edib.