Ukrayna üçün bu təhlükə hələ də qalır

Ukrayna üçün bu təhlükə hələ də qalır

Bütün Ukrayna ərazisinə raket zərbələri təhlükəsi qalmaqdadır.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Feysbuk hesabında məlumat yayıb.

“Qara dənizdə Rusiya donanması müəyyən tapşırıqları yerinə yetirməkdə davam edir. Bu isə bütün Ukrayna üçün raket zərbələri təhlükəsi qaldığını göstərir. Hazırda dənizdə 4 qanadlı raket daşıyıcısı olan gəmi yüksək dəqiqlikli silahlardan istifadə etməyə hazır vəziyyətdədir”, – qeyd olunub.

Bildirilir ki, Rusiya Pribujskoye, Tavriçeski, Luç, Mirnoye, Partizanskoye, Blaqodatnoye, Şirokoye, Kiselevka, Kvitneve, Kavkaz, Belıy Kolodeç, Beloqorka, Dobryanka, Osokorovka və Nikolayevka yaşayış məntəqələrini tank və müxtəlif növ artilleriyadan atəşə tutub. Andreyevka bölgəsi, həmçinin, Xutorskaya Balkada və Plotniçkovo ərazisinə hava zərbələri endirilib.

Teqlər: