Ukraynaya müdafiə yardımı göstərmək üçün vəsait bu ilin sentyabr ayının sonuna qədər kifayət edəcək.
AzerTimes xəbər verir ki, bu sözləri Pentaqon nümayəndəsi Sabrina Sinqx deyib.
“Biz əminik ki, maliyyə ilinin sonuna qədər Ukraynanın ehtiyaclarını ödəmək üçün kifayət qədər pulumuz var”, – Sinqx bildirib.
Onun sözlərinə görə, ABŞ Konqresinə gələcəkdə əlavə yardım paketi üçün yeni sorğu göndəriləcək.