Avropa mart ayında elan edilmiş bir milyon mərminin Ukraynaya tədarükü prosesini sürətləndirir.
AzerTimes xəbər verir ki, bu barədə AB-nin daxili bazar məsələləri üzrə komissarı Tyerri Breton məlumat verib.
Onun sözlərinə görə, bu, Ukrayna ordusunun əks-hücumlarına dəstək üçün edilir:
“Biz silah və sursatların tədarükü üzrə səylərimizi gücləndirəcəyik. Bu, silahların həlledici rol oynadığı yüksək intensivli müharibədir. Biz müharibənin daha bir neçə ay, hətta daha uzun davam edəcəyinə hazırlaşırıq”.