Parisdə Ukraynaya yardım göstərilməsinə həsr olunmuş konfrans iştirakçıları tədbirdən sonra təxminən 1 milyard avro toplayıblar.
AzerTimes xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Ketrin Kolonna çərşənbə axşamı brifinqdə bildirib.
“Konfrans Ukrayna əhalisinin qışdan çıxmasına kömək etmək üçün təxminən 1 milyard avro toplanmasına yardım etdi. Bu məbləğin, o cümlədən, 415 milyon avrosu enerji sektoruna, 25 milyon avrosu su təchizatına, 38 milyon avrosu isə ərzaq təminatına yönəldiləcək”, – deyə nazir bildirib.