Ukrayna Türkiyənin təklifindən son anda imtina etdi

Ukrayna Türkiyənin təklifindən son anda imtina etdi

Ukrayna Qara dənizdə gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün sazişdə iştirakdan imtina edib.

AzerTimes xəbər verir ki, bu barədə “Röyters” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, BMT tərəfləri məsələni müzakirə etməyə çağırıb və Türkiyə Rusiya ilə Ukrayna arasında vasitəçi kimi çıxış edib:

“Ukrayna Türkiyə Prezidenti Ərdoğanın müqavilə barədə martın 30-da açıqlama edəcəyinə razılaşıb, lakin son anda sənədi təsdiqləməkdən imtina edib”.

Qeyd olunur ki, müqavilədə Qara dənizdə ticarət gəmiləri üçün təhlükəsizlik təminatları xüsusilə əks olunub.

Teqlər: