Kiyev Qara dənizdə Ukrayna limanlarına gedən və qayıdan ticarət gəmiləri üçün müvəqqəti dəhlizlər elan edib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin mətbuat xidmətindən məlumat verilib.
“Hərbi Dəniz Qüvvələrinin 08.08.2023-cü il tarixli 6 nömrəli naviqasiya əmrinin əmrinə əsasən, Ukraynanın Qara dəniz limanlarına mülki gəmilərin hərəkəti üçün yeni müvəqqəti marşrutlar elan edilib. Bununla yanaşı bildirlib ki, Rusya tərəfdən bütün marşrutlar boyunca hərbi və mina təhlükəsi qalmaqdadır”, – məlumatda qeyd olunub.