Bu gün Ukrayna Prezidenti Volodimir Zelenskinin göstərişi
əsasında Rusiya tərəfi ilə üçüncü əsir mübadiləsi baş tutub.
AzerTimes-ın məlumatına görə, bu barədə özünün “Facebook”
səhifəsində Ukraynanın baş nazirinin müavini İrina Vereşük
yazıb.
“Prezident Zelenskinin göstərişi ilə bu gün üçüncü əsir
mübadiləsi baş tutub. Biri qadın zabit olmaqla 12 hərbçimiz vətənə
qayıdır. 9-u qadın olmaqla 14 mülki vətəndaşı da azad etdik. Toplam
26 insanımız”, – deyə İ.Vereşük bildirib.