Xarkovda Rusiya silahlı qüvvələrinin desantı enib, Ukraynalı
hərbçilər onlarla döyüşə giriblər.
Trend yerli KİV-ə isitinadən xəbər verir ki, ölkə Radasının
Telegram-kanalında bu barədə məlumatın Ukrayna təhlükəsizlik
xidməti yaydığı bildirilir.
Qeyd olunur ki, XArkovda Rusiya silahlı qüvvələrinin desantı
enib. Onlar Şimal Bölgəsi Hərbi Tibbi Klinik Mərkəzinə hücum edib,
Ukraynalı hərbçilər onlarla döyüşə giriblər.
Yerli KİV-lərin məlumatına görə, şəhər və vilayət ərazisində
hava hücumu haqqında xəbərdarlıq qüvvədə olub.