Ukrayna tərəfi özü Qomeli Rusiya ilə danışıqlar yeri kimi təklif edib – Peskov

Ukrayna tərəfi özü Belarusun Qomel şəhərini Rusiya ilə
danışıqlar yeri kimi təklif edib.

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya
Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov
bildirib.

“Qomel şəhərini danışıqlar yeri kimi məhz Ukrayna tərəfi təklif
edib. Artıq dediyimiz kimi, Rusiya nümayəndə heyəti yerindəcə bu
danışıqlara hazırdır”, – Kremlin sözçüsü bildirib.

Peskov bildirib ki, Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə
heyətinə Rusiya Federasiyası prezidentinin köməkçisi Vladimir
Medinski başçılıq edir.

“Yaxın vaxtlarda o, müvafiq bəyanatla çıxış edəcək”, – Rusiya
liderinin sözçüsü bildirib.

Teqlər: