Bu gün Ukrayna Prezidenti Volodimir Zelenskinin göstərişi ilə
ilk tam hüquqlu hərbi əsirlərin mübadiləsi baş tutub.
AzerTimes-ın məlumatına görə, bunu Ukraynanın baş nazirinin müavini,
müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina
Vereşük deyib.
Onun sözlərinə görə, Ukrayna tərəfi 10 rus hərbçisini 10 öz
hərbçisi ilə dəyişib.
Eyni zamanda, Rusiya tərəfi Ukrayna hərbçilərinin Odessa
yaxınlığında batmlş gəmidən xilas etdiyi 11 mülki dənizçini də
alıb.
“Mübadilə nəticəsində 19 ukraynalı mülki dənizçi “Sapphir”e
xilasetmə gəmisindən vətənə qayıdır”, – deyə baş nazirin müavini
bildirib.