Ukrayna təmənnasız 1,7 milyard dollar alacaq

Ukrayna təmənnasız 1,7 milyard dollar alacaq

Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq İnkişaf Assosiasiyası və USAİD tərəfindən yaradılmış Vahid Donor Etimad Fondu tərəfindən Ukraynaya 1,7 milyard dollar qrant ayrılıb. Müvafiq sazişin layihəsi hökumətin iclasında bəyənilib.

AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal Teleqram hesabında məlumat verib.

“Maliyyə Ukraynanın dövlət büdcəsinə təmənnasız, geri qaytarılmadan cəlb olunacaq”, – deyə Şmıqal əlavə edib.

Şmıqal bildirib ki, vəsait tibbi zəmanət proqramı çərçivəsində tibbi xidmətlərin ödənilməsi üçün dövlət büdcəsinin xərclərinə yönəldiləcək.

Teqlər: