Rusiya qüvvələri 44 min nəfərlik bir qrupu Kupyansk istiqamətində cəmləşdirib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Quru Qoşunları Komandanlığının İctimaiyyətlə əlaqələr xidmətinin rəisi Vladimir Fityo deyib.
O bildirib ki, döyüş zonasında ümumilikdə 200 min rus işğalçısı var: “Düşmən qüvvələrinin sayı daim nəzarətdə saxlanılır. Biz güclü – resursları çox olan yaxşı təchiz edilmiş ordu ilə döyüşürük”.
V.Fityo rus ordusu tərəfindən ələ keçirildiyi iddia olunan Xarkovun Tabayevka kəndindəki vəziyyətdən də danışıb:
“Ukrayna hərbçiləri işğalçıları bu kəndin ərazisindən sıxışdırıb çıxarmağa çalışır. Ruslar bura nəzarət etmirlər”.
Qeyd edək ki, Rusiya ordusunun Tabayevka kəndini ələ keçirdiyi barədə məlumat yayılmışdı.