Ukrayna taxılının əcnəbi gəmilər vasitəsilə çıxarılmasını təmin etməyə hazırıq.
AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova paytaxt Moskvada keçirdiyi həftəlik mətbuat konfransı zamanı deyib.
“Bu, o şərtlə baş verə bilər ki, gəmilərə silah qaçaqmalçılığı baxımından nəzarət olunsun və Kiyev təxribat xarakterli hərəkətlərdən, mina təhlükəsi yaratmaqdan çəkinsin”, – o bildirib.
Zaxarova kənd təsərrüfatı məhsullarının ixracında Mariupol və Berdyansk limanlarından istifadə oluna biləcəyini vurğulayıb.