Bu gün Ukrayna taxılını daşıyan ilk gəmi ölkənin Odessa limanından yola düşüb.
AzerTimes xəbər verir ki, məlumatı “CNN Türk” yayıb.
Bildirilib ki, Syerra-Leone bayrağı altında üzən “Razoni” adlı qarğıdalı ilə yüklənmiş gəmi Livana gedəcək.
Qeyd edək ki, Rusiya Qara dənizdə Ukraynaya məxsus limanları mühasirədə saxlayır. Bu səbəbdən, Ukraynanın taxıl dolu gəmiləri ünvanına yetişmir. Rusiyanın davranışı ilə əlaqədar Afrikanın bir sıra dövlətlərinə taxıl çatışmazlığı yaranıb. Bu da dünyada ərzaq məhsullarının qiymətinn bahalaşmasına təsir göstərən amillərdən sayılır.
Türkiyə, Rusiya, Ukrayna və BMT arasında iyulun 22-də İstalbulda imzalanan “Taxıl və ərzaq mallarının Ukrayna limanlarında təhlükəsiz daşınması təşəbbüsü” razılaşmasına əsasən, taxıl daşınacaq. Ukrayna taxılı ilə yanaşı Rusiya istehsalı olan gübrənin də daşınmasına qoyulan mane aradan qaldırılacaq.