Rusiya Ukrayna taxılının maneəsiz ixracını təmin etməyə hazırdır.
AzerTimes xəbər verir ki, bu açıqlama ilə Rusiya Prezidenti Vladimir Putin çıxış edib.
“Rusiya heç bir şərt qoymur və taxılın Ukrayna limanları vasitəsilə ixracının təhlükəsizliyinə zəmanət verir. Ukrayna taxılının ixracının ən asan yolu Belarusdan keçir, lakin buna görə Minskdən sanksiyalar götürülməlidir”, – Putin qeyd edib.