Ukrayna sülhməramlılarını Kosovadan çıxarır

Ukrayna sülhməramlılarını Kosovadan çıxarır

Ukrayna Kosovada sülhməramlı missiyada iştirak edən hərbçilərini geri çəkməyə qərar verib. Söhbət KFOR – NATO-nun rəhbərliyi altında Kosovada fəaliyyət göstərən beynəlxalq sülhməramlı qüvvələrdən gedir.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna ordusunun Birləşmiş Qüvvələri komandanlığı məlumat yayıb.

“Bu gün Kosovada Ukrayna Silahlı Qüvvələrinin 40 hərbçidən ibarət milli kontingenti var. Hazırda hərbçilərin Ukraynaya qaytarılması üçün tədbirlər görülür. Buna səbəb prezidentin “Sülhün və təhlükəsizliyin qorunması məqsədilə beynəlxalq əməliyyatlarda iştirak edən milli kontingentin və milli heyətin geri çağırılması haqqında” sərəncamıdır. Milli kontingentin geri qaytarılması onun KFOR missiyasında iştirakının müvəqqəti dayandırılması deməkdir”, – məlumatda deyilir.

Teqlər: