Ukrayna: Sübutumuz var, o raket bizim deyil!

Ukrayna: Sübutumuz var, o raket bizim deyil!

Polşaya düşən raketin Ukraynaya aid olmaması ilə bağlı sübutlarımız var.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.

“Biz onun Ukraynaya məxsus zenit raketi olması ilə bağlı siyasi ritorikaları eşitmişik. Hərbçilərimizdə onun bizim raket olmaması ilə bağlı məlumatlar var. Ukrayna və Qərb ortaq məxrəcə gəldikdə, Kiyev elementlərin mübadiləsinə hazır olacaq”, – deyə XİN rəhbəri bildirib.

Qeyd edək ki, 15 noyabrda Polşaya düşən raket nəticəsində iki mülki şəxs həlak olmuşdu. Əvvəlcə raketlərin Rusiyaya məxsus olduğu iddia edilsə də, sonradan Ukraynaya aid olduğu üzə çıxdı.

Teqlər: