Ukrayna müdafiə qüvvələri Rusiyanın Kursk vilayətində elektrik yarımstansiyalarına güclü zərbə endirib, nəticədə bir çox rayonlara enerjinin verilişi dayandırılıb.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna SQ-nin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, əməliyyat Ukrayna Təhlükəsizlik Xidmətinin “A” Xüsusi Əməliyyat Mərkəzi ilə koordinasiyalı şəkildə həyata keçirilib.