Ukrayna SQ Belqorodu “Vampir”lə atəşə tutdu

Ukrayna SQ Belqorodu “Vampir”lə atəşə tutdu

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Belqorod vilayətini RM-70 “Vampir” reaktiv yaylım atəşi sistemlərindən atəşə tutub.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, hava hücumundan müdafiə sistemləri Belqorod üzərində 16 reaktiv mərmini məhv edib.

Hücumlar nəticəsində xəsarət alan olmasa da, evlərə və avtomobillərə ciddi ziyan dəyib.

Teqlər: