Ukrayna Şoyqunu təkzib etdi: “Çirkli bomba”mız yoxdur!

Ukrayna Şoyqunu təkzib etdi: “Çirkli bomba”mız yoxdur!

Kiyev “çirkli bomba” əldə etmək niyyətində deyil.

AzerTimes xəbər verir ki, bu sözləri Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Tvitterdə yazıb.

“Ukrayna Nüvə Silahlarının Qarşısının alınması müqaviləsinə sadiqdir. Bizim heç bir “çirkli bomba”mız yoxdur və onları almağı planlaşdırmırıq”, – Kuleba bildirib.

Qeyd edək ki, Rusiya müdafiə naziri S.Şoyqu bu gün Türkiyə, Fransa, Britaniya və ABŞ müdafiə nazirləri ilə telefon danışıqlarında Ukraynanın mümkün “çirkin bomba” təxribatı ilə bağlı narahatlığını ifadə etmişdi.

Teqlər: