Rusiya şərqdə ukraynalı müdafiəçilərə təzyiqlərini artırmağa davam edir. Ukrayna yaxın həftələrdə işğalçı qüvvələrin böyük hücumuna hazırlaşır.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Qeyd olunur ki, Xarkovdan təxminən 45 km aralıda yerləşən sərhədyanı Volçansk şəhərinin şimal rayonlarında döyüşlərin getdiyi barədə məlumatlardan sonra Ukrayna Baş Qərargahı Müdafiə Qüvvələrinin işğalçılara cavab vermək üçün əks hücuma keçdiyini bildirib.
Ukrayna xəbərdarlıq edir ki, Rusiya yaxın həftələrdə böyük hücuma hazırlaşa bilər. Sum rayonu yaxınlığında Rusiya öz qüvvələrini gücləndirir.