Ukrayna silahlarımızla Rusiyanı da vura bilər – Finlandiya

Ukrayna silahlarımızla Rusiyanı da vura bilər – Finlandiya

Finlandiya Ukraynanın tədarük etdiyi silahların istifadəsi ilə bağlı heç bir məhdudiyyət qoymayıb.

AzerTimes xəbər verir ki, bu barədə Finlandiyanın müdafiə naziri Antti Hakkanen deyib.

O bildirib ki, Finlandiya bu silahların xüsusilə Rusiya ərazisində istifadəsinə qadağa qoymayıb.

Hakkanen əlavə edib ki, belə bir qadağa əsasən Ukraynanı uzaqmənzilli silah sistemləri ilə təmin edən ölkələr tərəfindən tətbiq edilir.

Finlandiya parlamentinin müdafiə komitəsinin sədri Jukka Kopra nazirin fikirləri ilə razılaşıb.

“Lazım gələrsə, Ukrayna da Rusiya ərazisindəki hərbi obyektlərə zərbələr endirməlidir”, – o bildirib.

Teqlər: