Səudiyyə Ərəbistanında keçirilən sammitə gələn ölkələrin nümayəndələri Ukrayna Prezidenti Vladimir Zelenskinin sülh formulunu müzakirə edəcəklər.
AzerTimes xəbər verir ki, bunu ukraynalı ekspert İqor Popov bildirib.
“30 ölkə bu formulun necə həyata keçiriləcəyini, hansı ölkənin və hansı məqamın daha fəal götürülə biləcəyi barədə ətraflı danışacaq. Bu, çox böyük və vacibdir. Çünki sammitdə neytral mövqeyə malik olan ölkələr də iştirak edir”, – Popov bildirib.
Popov, Çin nümayəndəsinin iştirakının çox vacib olduğunu qeyd edib:
“Əgər Çin gəlsə, bu o deməkdir ki, Ukrayna planı əsas götürüləcək. Ən əsası odur ki, bütün iştirakçılar sülh yolu ilə nizamlanmada maraqlıdırlar və aydındır ki, əsas məsələ Rusiya qoşunlarının çıxarılması olacaq”.