Belarusun Ukrayna ilə sərhədi yaxınlığındakı hava məkanında Rusiya Silahlı Qüvvələrinin Aerokosmik Qüvvələrinə məxsus A-50U təyyarəsi növbətçilik edir.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, rus təyyarəsi Volın və Polesye istiqamətlərində görünüb. Belarus hava məkanından Ukraynanın şəhər və kəndlərinə raket hücumlarının davam edəcəyi təhlükəsi var.